"Azərişıq" ASC Zəngilan rayonunda inşa edilən "Ağıllı kənd"in (1), eləcə də beynəlxalq aeroportun (2) elektrik enerjisi ilə təchizatına dair elan etdiyi 2 açıq tenderə yekun vurub.
NUHÇIXAN İnformasiya Agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Light City” və “Electro İndustries” QSC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 4,854 milyon manat və 3,3 milyon manat, ümumilikdə isə 8,154 milyon manat ödəniləcək.