Rusiyanın “İraero” şirkəti Novosibirskdən Bakıya reyslər açır.
NUHÇIXAN İnformasiya Agentliyi şirkətin mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 20-dən başlayan uçuşlar “Sukhoi SuperJet 100” təyyarələri ilə həftənin şənbə günləri həyata keçiriləcək.
Novosibirskdən yerli vaxtla 13:00-da çıxan təyyarə 15:20-də Heydər Əliyev adına Bakı Aeroportuna enəcək.