“Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək

A- A A+

Mayın 20-22-də İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Passage 1901”də istehsalla məşğul olan biznes subyektlərinin satış-sərgi yarmarkası - “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi KOBİA-ya istinadən xəbər verir ki, yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.

Yarmarkada 150-yə yaxın biznes subyekti 3 gün müddətində tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim edəcək. Tədbir çərçivəsində həmçinin öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olunacaq, uğurlu iş adamları ilə təcrübə mübadiləsi imkanı yaradılacaq.

Yarmarkada iştirak ödənişsizdir. Maraqlanan sahibkarlar bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: