Maya kulturaları, quru maya, həb, kubik şəklində və ya analoji formada və ya ilkin qablaşdırılmalarda netto çəkisi 1 kq-dan çox olmayan qeyri-aktiv mayalar, hazır çörəkçilik tozları 15 faiz idxal gömrük rüsumundan azad edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.