Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb

A- A A+

Sentyabrın 17-də Prezident İlham Əliyevin Sərəncamı ilə Ələt azad iqtisadi zonasının (bundan sonra – Azad Zona) inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb.

NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən İşçi qrup müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə on ay müddətində Azad Zonanın təkmilləşdirilmiş mərhələli inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını, Azad Zona ərazisinin zonalaşdırılması barədə təkliflərini, ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları və digər məsələləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: