Ağdam Sənaye Parkına 50 milyon manatdan çox investisiya yatırılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda deyib.
O bildirib ki, indiyə qədər Azərbaycandakı sənaye zonalarında 104 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Həmin rezidentlərdən 58-i fəaliyyətə başlayıb.
“Parkda yaradılacaq yeni iş yerlərinin sayı mindən çox olacaq. İndiyə qədər 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunun 4-ü son bir ayın payına düşüb. Rezidentlər tam şəkildə lazımi infrastrukturla təmin ediləcək, bundan sonra onlar istehsal müəssisələrinin inşasına başlayacaqlar”, - deyə Elşad Nuriyev qeyd edib.