Muxtar respublikada bu il 70 hektar sahədə tütün əkini aparılacaq

A- A A+

Ötən aydan başlayaraq muxtar respublikada növbəti tütün əkinlərinə başlanılıb. 

“Cahan Tabak” Beynəlxalq MMC tərəfindən ötən il muxtar respublikada 47 hektar sahədə tütün əkini aparılıb və bu sahələrdən 82 ton quru tütün əldə olunub. NUHÇIXAN İnformasiya Agentliyi xəıbər verir ki, bu il isə əkin işlərinin 70 hektardan artıq ərazidə aparılması nəzərdə tutulur. 

Aprelin 12-dən muxtar respublikada mütəşəkkil olaraq tütün əkinlərinə start verilib. İstixana şəraitində torpaqda və hovuzda yetişdirilən tütün şitilləri əraziyə köçürülür. Bu günədək 68 hektarda əkin aparılıb. Əkinlərdə məhsuldar “Virciniya” sortuna üstünlük verilir. Bir neçə gündən sonra əkinlər tam olaraq başa çatdırılacaq.

Ərazinin relyefi nəzərə alınaraq tütün əkilməsi üçün əvvəlcədən torpaq hazırlıq işləri görülür. Əkin işləri müvafiq olaraq həm ənənəvi, həm də mexaniki üsulla həyata keçirilir.

Tütünçülüklə məşğul olan təsərrüfat sahiblərindən biri də Kəngərli rayonunun Xıncab kənd sakini Tahir Rüstəmovdur. 4 ildir ki, bu sahə ilə məşğul olan mülkiyyətçi ötən il 4 hektarlıq əraziyə “Virciniya” və “Pirləp” sortu tütün əkib. 40 tondan artıq məhsul götürən fermer 6 min manata yaxın qazanc əldə edib. Təsərrüfat sahibi bu il isə tütün əkini sahəsini 6 hektara çatdırıb. 

Yüksək gəlir, əldə edilən məhsuldarlıq və göstərilən dövlət dəstəyi fermerlərin bu sahəyə marağını daha da artırıb. Bu il artıq 13 təsərrüfat sahibi müraciət edərək öz ərazisində məhsuldar tütün sortları ilə əkin işləri aparıb.  

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: