Qarabağda istehsal edilən elektrik enerjisi İran vasitəsilə ixrac olunacaq

A- A A+

Qarabağda istehsal edilən elektrik enerjisi İran vasitəsilə ixrac olunacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, Qarabağda istehsal olunacaq elektrik enerjisi İran üzərindən Naxçıvan Muxtar Respublikasına, Türkiyə və Avropa ölkələrinə ixrac ediləcək.

Diplomat nəzərə çatdırıb ki, elektrik stansiyasının inşasında bir sıra İran şirkətlərinin böyük təcrübəsi var. Buna görə də gələcəkdə Qarabağda elektrik stansiyalarının tikintisində İran şirkətlərinin iştirakı nəzərdə tutulub. Bununla yanaşı, İranın bəzi şirkətlərinin Qarabağda həm təhsil müəssisələrinin, həm də xəstəxanaların tikintisində iştirakı gözlənilir. Bu istiqamətdə müvafiq işlər aparılır.

Qeyd etmək lazımdır ki, işğaldan azad olunan ərazilərdə 5 su elektrik stansiyasının tikintisi davam edir. Bu stansiyaların tikintisinin cari ildə başa çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, Laçın və Kəlbəcərdə 100 meqavat gücündə külək elektrik stansiyalarının, həmçinin 50 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi planlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: