Bu ilin yanvar-aprel aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 19 milyon 942 min 900 manat olub ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,8 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 14 milyon 522 min 500 manat təşkil edib və bir il öncəyə nisbətdə 1,6 faiz artıb.