Muxtar respublikada bu ilin yanvar-aprel aylarında 46 milyon 559 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur.
Bu dövr ərzində diri çəkidə ət istehsalı 8837 ton, süd istehsalı 26950 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,2 faiz, süd istehsalı isə 1,4 faiz artıb.