Bakı Enerji Forumunun bağlanış mərasimi Şuşada keçiriləcək

A- A A+

Bakı Enerji Forumunun bağlanış mərasimi Şuşada keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, iyunun 4-də Şuşa şəhərində forum iştirakçılarının sessiya konfransı keçiriləcək. Orada tədbir iştirakçıları arasında bir sıra saziş və sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, iyunun 1-dən 3-dək keçiriləcək “Bakı Enerji Həftəsi”nə 30 ölkədən 300-ə yaxın şirkət iştirakını təsdiq edib. Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Alternativ Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu bir araya gətirir.

Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə “Iteca Caspian” və beynəlxalq tərəfdaşları ilə təşkil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: