2022-ci ilin birinci rübündə Avropa ölkələrində ən populyar smartfon markalarının siyahısına Samsung, Apple və Xiaomi başçılıq edib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə "Canalys" analitik şirkətin məlumatında bildirilir.
Qeyd olunur ki, adıçəkilən markaların payına bazarın 76%-i düşüb.
Belə ki, "Samsung" hesabat dövründə 14,6 milyon smartfon satıb. İkinci yerdə 8,9 milyon cihaz satan "Apple" gəlir, ən populyar markalar arasında 3-cü yeri tutan "Xiaomi" 8,2 milyon smartfon satıb.
2022-ci ilin ilk kvartalında avropada 41,7 milyon smartfon satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 milyon cihaz azdır.