“TEKNOFEST Azərbaycan” haqsızlığa səssiz qalanlara verilən ən gözəl cavabdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri mayın 26-da ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının açılışında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.
Nazir bildirib ki, siyasi mənada tam müstəqil olmağın yolu texnologiya sahəsində müstəqillikdən keçir: “Biz bunu hər yerdə deyirik, amma Azərbaycanda deməyin xüsusi mənası var. Çünki biz texnologiya sahəsində müstəqil olmamağın cəzasını uzun müddət çəkdik. Qarabağdakı işğalın, zülmün qarşısında dünyanın necə səssiz qaldığını azərbaycanlı qardaşlarımız və biz çox yaxşı bilirik. Bu gün burada keçirilən “TEKNOFEST Azərbaycan” hər kəsə verilən ən gözəl cavabdır. Biz Bakıda təkcə festival keçirmirik, eyni zamanda, bütün dünyaya müstəqilliyimizi, bir millət, iki dövlət olduğumuzu göstəririk”.