Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.
AZAL-ın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.
Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.