AZAL İstanbul və Dubay istiqamətləri üzrə reyslərə genişgövdəli hava gəmiləri ayırır

A- A A+

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı şəhərindən tələbatın daha çox olduğu istiqamətlər üzrə - Dubay və İstanbul şəhərlərinə yerinə yetirdiyi reyslərə böyük tutumlu genişgövdəli hava gəmiləri ayırır.

AZAL-ın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bakı-Dubay-Bakı və Bakı-İstanbul-Bakı marşrutları üzrə həyata keçirilən reyslərə tələbatın artması ilə əlaqədar, aviaşirkət iyunun 15-dən sentyabrın 15-dək böyük tutumlu hava gəmilərindən istifadə edəcək.

İyunun 15-dən etibarən aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportundan Dubay şəhərinə “Boeing 767”, İstanbul şəhərinə isə “Boeing 787” (Dreamliner) tipli genişgövdəli hava gəmiləri ilə uçuşlar yerinə yetirməyə başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: