Azərbaycan Mərkəzi Bankı 3 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.8271 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1031 manat, 1 Rusiya rublu 0.0271 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5709 manatdır.