ABŞ-ın "Boeing" korporasiyası işçi qüvvəsi və material çatışmazlığı ilə əlaqədar "737 MAX" təyyarələrinin istehsalını 10 gün müddətinə dayandırıb.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu şirkətə 3,6 milyard ABŞ dolları itirmək hesabına başa gələ bilər.
Hazırda dünyada 320 ədəd "737 MAX" təyyarəsi var. Onların sifarişçisi olan İrlandiyanın aşağı büdcəli "Ryanair" şirkəti "Boeing"də yaranmış vəziyyətə görə yay ayları üçün uçuşların sayını azaltmalı olub.