"Mercedes-Benz" şirkəti əyləclərdə yarana biləcək texniki problemlərə görə dünya üzrə bir milyona yaxın avtomobili geri çağırır.
NUHÇIXAN İnformasiya Agentliyi "Reuters" agentliyinə istinadla xəbər verir ki, təkcə Almaniyada 70 minə yaxın avtomobil geri çağırılacaq.
Məlumata görə, avtomobillərdə əyləc gücləndiricisinə təsir edə biləcək korroziya aşkarlanıb. İstehsalçı qeyd edir ki, problemin aşkar olunduğu avtomobillərdə əyləc gücləndiricisi düzgün işləməyib.
Şirkət adıçəkilən problemlə bağlı yoxlamalar aparmaq niyyətindədir. Müvafiq araşdırmalar yekunlaşanadək avtomobil sahiblərindən nəqliyyat vasitələrini istifadə etməmələri xahiş olunur.