Mahaçqala və Bakı arasında aviareyslər ləğv edilib

A- A A+

Rusiyanın "UTAIR” aviaşirkəti tərəfindən həyata keçirilən Mahaçqala-Bakı istiqamətində aviareyslər ləğv edilib.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Dağıstan hava limanına istinadən xəbər verir. Məlumata görə, bu istiqamətdə uçuşlar Azərbaycan hökumətinin təşəbbüsü ilə ləğv edilib.

Qeyd edək ki, uçuşlar “UTAIR” aviaşirkəti tərəfindən “Boeing-737-500” təyyarələri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulurdu. Uçuşlar iyunun 3-dən başlayaraq, cümə və bazar günləri yaz-yay dövrünün sonuna qədər həyata keçirilməsi planlaşdırılırdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: