Dünya Bankı Azərbaycanda ÜDM-in artımı ilə bağlı yeni proqnozlarını açıqlayıb

A- A A+

2022 və 2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı müvafiq olaraq 2,7 və 2,2 faiz təşkil edəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Dünya Bankının yeni hesabatında deyilir.

Qeyd edək ki, bankın yanvar hesabatında bu proqnozlar müvafiq olaraq 3,1 və 2,7 faiz səviyyəsində idi.

Dünya Bankının proqnozunda qeyd olunur ki, Azərbaycanda ÜDM-in artımı 2024-cü ildə 2,3 faiz təşkil edəcək.

Hesabata əsasən, 2021-ci ildə Azərbaycanın ÜDM-i 5,6 faiz artıb. 2020-ci ildə isə bu göstərici 4,3 faiz azalma nümayiş etdirmişdi.

"Dünya bazarlarında yüksək xammal qiymətləri və enerji ehtiyatlarının tədarükünə məhdudiyyətlər iqtisadi fəallığa təsir göstərəcək. Eyni zamanda Azərbaycanın neft sektoru hazırda tam gücü ilə işləyir", - Dünya Bankının hesabatında deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: