Azərbaycan-Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək

A- A A+

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-də keçiriləcək Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etmək üçün Londona səfər edib.

Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclasda Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, investisiyaların artırılması, enerji keçidi, rəqəmsal iqtisadiyyat, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması planlaşdırılır.

Qeyd edək ki, iki ölkə arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Britaniya tərəfdən isə ixracat naziri Mike Freerdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: