2022-ci ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 679,9 min barel olub. Bunun 571,3 min barelini xam neft, 108,6 min barelini isə kondensat təşkil edib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Energetika Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 27-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barel həcmində olması nəzərdə tutulurdu.