Bakıda keçirilən “Partners and Business”sərgisində Naxçıvanda fəaliyyət göstərən bir sıra müəssisələr də iştirak edir - FOTOLAR

A- A A+

Bu gün Bakı şəhərində yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi öz işinə başlayıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə sərgidə muxtar respublikada fəaliyyət göstərən “Nəqşicahan İnşaat”, “AzElektrod” Məhdud Məsuliyyətli Cəmiyyətləri, Babək “Sirab” ASC, “Savalan-S” kiçik müəssisəsi, “Müasir Məkan” ət və ət məhsulları müəssisəsi iştirak edir. İştirakçı müəssisələr tərəfindən müxtəlif çeşidlərdə aromatlaşdırılmış içkilər, mineral sular, konservləşdirilmiş ət məhsulları,  tikinti materialları sərgilənir.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Dövlət Məşğulluq Agentliyi və "Marsol" MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər tərəfindən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunur.

200-ə yaxın şirkətin iştirakının nəzərdə tutulduğu sərginin missiyası Azərbaycan şirkətlərinin daha geniş auditoriyaya tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: