Muxtar respublikanın meyvə və tərəvəz məhsulları istehsalçılarının nəzərinə

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırır ki, tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını soyuducu anbarlara sata və ya icarə əsasında saxlaya bilərlər. Məhsulların tədarükünə 15 iyul 2022-ci il tarixdən başlanılacaq və dəyəri “Nаxçıvаn Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi” və “Araz-3” MMC tərəfindən nağd formada ödənilməklə aşağıdakı qiymətlərlə qəbul olunacaqdır:

Məlumat üçün bildirilir ki, məhsulların mövsümi istehsal dövrünü nəzərə alaraq daxili bazarın qorunması, istehsalçıların stimullaşdırılması və anbarların fəaliyyətinin tənzimlənməsi məqsədilə tədarük dövrü kartof məhsulu üzrə iyul ayının 15-dən və digər məhsullar üzrə isə məhsulların tam yetişmə dövrünə uyğun olaraq həyata keçiriləcəkdir.

Həmçinin istehsalçıların nəzərinə çatdırılır ki, aşağıdakı siyahıda qeyd olunmuş soyuducu anbarlara tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını sata və ya anbarların boş qalan həcmləri qədər məhsulların icarə əsasında saxlanılmasını həyata keçirə bilərlər.

Əlavə məlumat üçün İqtisadiyyat Nazirliyinin aşağıdakı nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(Tel: 544 50 03, 545 75 77)

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: