Samir Şərifov: Büdcənin artırılan xərclərinin böyük hissəsi Qarabağın, Şərqi Zəngəzurun bərpasına və Böyük Qayıdışın reallaşmasına yönəldilib

A- A A+

Milli prioritetlər daim nəzarət və diqqətdə saxlanılır. Büdcənin artırılan xərclərinin böyük hissəsi Qarabağda, Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin aparılmasına və bu yerlərə Böyük Qayıdışın reallaşmasına yönəldilib.

Digər prioritetlərdən biri də sahibkarlığın inkişafıdır. Xərclər əsasən bu iki istiqamətə yönəldilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin 2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı iyunun 20-də keçirilən birgə iclasında söyləyib.

Ərzaq təhlükəsizliyi üzrə yerinə yetirilməli məsələlərin olduğunu diqqətə çatdıran maliyyə naziri bildirib ki, neftin qiyməti ilə əlaqədar çox ehtiyatlı davranmalıyıq. Çünki dünya bazarında neftin qiyməti dəyişəndir və stabil deyil.

Nazirin sözlərinə görə, qazın qiymətində artım büdcəyə mədaxilə imkan yaradıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: