Azad edilmiş ərazilərdə bu il 18 layihənin və 5 avtomobil yolunun tikintisinin başa çatdırılması nəzərdə tutulur
Bu ilin dövlət büdcəsinin icrası 8 mənbə üzrə çox, 1 mənbə üzrə az, 11 mənbə üzrə sabit yerinə yetirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında deyib.
Hesablama Palatasının sədri diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə bu il 18 layihənin və 5 avtomobil yolunun tikintisinin başa çatdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, büdcədə sığorta haqları hesabına artım nəzərdə tutulur.
Vüqar Gülməmmədov qeyri-neft sektoru üzrə əhəmiyyətli artımın olduğunu da diqqətə çatdırıb.