Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Nur-Sultan – Bakı – Nur-Sultan, Aktobe-Bakı–Aktobe və əks istiqamətlərdə reyslərə başlayır.
NUHÇIXAN İnformasiya Agentliyi aviaşirkətə istinadla xəbər verir ki, uçuşlara iyunun 7-də start veriləcək və həftədə iki dəfə (cümə axşamı və bazar günləri) yerinə yetiriləcək. Reyslər Kanada istehsalı olan 86 sərnişin tutumuna malik yeni nəsil “De-Havilland Dash 8-Q400” təyyarəsi ilə həyata keçiriləcək. Biletlərin qiyməti 74 min 658 tənqədən başlayır (160 ABŞ dolları) və uçuş müddəti 2 saat təşkil edir.
“Qazaxıstan və Azərbaycan arasında yeni hava əlaqəsi təkcə iqtisadi əməkdaşlığı gücləndirməyəcək, həmçinin iki ölkə arasında turizmin inkişafına töhfə verəcək”, - deyə “Qazaq Air” aviaşirkətinin kommersiya direktoru Süleyman Mirzəyev bildirib.