Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunur

A- A A+

Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 28-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən, Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində müəyyən edilir.

Dəyişikliklərlə, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri şəhər və rayonlar üzrə gəlirlər 11 740 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 120 500 000,0 manat, yerli xərclər 1 070 116 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 10 589 324 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 39 940 000,0 manat məbləğində müəyyənləşdirilir.

Qanun layihəsi 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: