Cari ilin ilk beş ayında Şərur rayonunda 46 milyon 944,4 min manat dəyərində sənaye məhsulu istehsal olunub
2022-ci ilin yanvar-may aylarında Şərur rayonunun kənd və balıqçılıq təsərrüfatlarında 18 milyon 342,8 min manatlıq məhsul istehsal edilib ki, bu da 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 1,7 faiz çoxdur. Ötən dövr ilə müqayisədə ət istehsalı 1,4 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 1 faiz artıb. Diri çəkidə 2 min 432,2 ton ət, 14 min 503,7 ton süd, 12 milyon 38 min ədəd yumurta istehsal edilib.
Sənaye məhsulu istehsalı da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 46 milyon 944,4 min manat dəyərində olub.
2022-ci ilin yanvar-may aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 27 milyon 139,6 min manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 1,6 faiz artaraq 26 milyon 498,2 min manat təşkil edib.
Rayon üzrə informasiya və rabitə xidmətlərinin həcmi 3 milyon 167 min manat dəyərində olub ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətin həcmi ilə müqayisədə 1,1 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi isə 2 milyon 777,9 min manat olmaqla bir il öncəki göstəricini 1,8 faiz üstələyib.
Bəhs edilən dövrdə rayonda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 821,5 min ton yük, 5 milyon 151,3 min sərnişin daşınıb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,5 faiz, sərnişin daşınması 1,6 faiz artıb. Yük və sərnişin daşınmasından bütövlükdə 2 milyon 161 min manat gəlir əldə edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətən 1,4 faiz çoxdur.
Rayonda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi də 1,4 faiz artaraq 133 milyon 618,8 min manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsinin 2,8 faizini və yaxud 3 milyon 688,3 min manatını iaşə əmtəə dövriyyəsi təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
2022-ci ilin yanvar-may aylarında rayonda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,4 faiz artaraq 17 milyon 142,4 min manat təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artan ödənişli xidmətlərin 15,9 faizi və yaxud 2 milyon 718,1 min manatı məişət xidmətlərinin payına düşür.
“Şərurun səsi” qəzeti