"Azərbaycan Hava Yolları" aviaşirkətinin İstanbul-Bakı (J2-076) marşrutu üzrə həyata keçirilən reysinin uçuş saatı texniki səbəbdən (kondisioner sistemi ilə yaşanan problem) gecikir.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar.