Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarına aid bəndlərin inşası İran və Azərbaycanın iqtisadiyyat sahəsində əməkdaşlıq əlaqələrinin inkişafının göstəricisidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycandan səfərdən qayıdan İranın energetika naziri Əli Əkbər Mehrabian jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, səfər çərçivəsində əməkdaşlıq əlaqələrini daha da yaxınlaşdıracaq razılaşmalar əldə olunub. İlk növbədə, “Xudafərin”, “Qız qalası” bəndləri və su elektrik stansiyalarının tikintisi sürətlənəcək. Hər biri 280 meqavat enerji istehsal edəcək bu stansiyalar birgə istismar olunacaq. Bəndlər isə 1,7 milyard kubmetr su tutumuna malikdir ki, bu da hər iki ölkənin kənd təsərrüfatının inkişafına imkan yaradacaq.
İranın energetika naziri Azərbaycanın rəsmi şəxsləri ilə görüşü zamanı Araz çayının ekoloji vəziyyətini də müzakirə etdiyini bildirib. Nəzərə çatdırıb ki, Azərbaycanla birlikdə çayın çirkləndirilməsinin qarşısını alan layihələr icra olunur.