Naxçıvanda yeni asfalt zavodu tikilir

372

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada keyfiyyətli asfalt istehsalını həyata keçirmək üçün müasir asfalt zavodu qurulur.

Arazqırağı ərazidə inşa olunan zavodda  Almaniya istehsalı olan ən yeni avadanlıqlar quraşdırılacaq. Zavod istifadəyə verildikdən sonra saatda 240 ton yüksəkkeyfiyyətli asfalt istehsal olunacaq.  Bu, muxtar respublikada indiyədək inşa edilən  ən böyük asfalt zavodudur. Yeni istehsal müəssisəsi yolların keyfiyyətli asfaltla təmin edilməsi deməkdir.

Qeyd edək ki, hər il muxtar respublikada 100 kilometrə yaxın yeni avtomobil yolları çəkilir və müasir standartlar səviyyəsində yenidən qurularaq əhalinin istifadəsinə verilir.

Əbülfəz Dünyamalıyev

NTV xəbər

 
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: