Babək rayonunda yeni layihələrin reallaşdırılmasına 1 milyon 670 min manat kredit ayrılıb

A- A A+

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Babək rayonunda sahibkarlığa dövlət dəstəyi bu ilin 6 ayı ərzində də gücləndirilib və güzəştli kreditlərlə əhatə olunan sahibkarların sayı daha da artıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən yeni layihələrin reallaşdırılmasına 1 milyon 670 min manat kredit ayrılıb. Kredit qoyuluşları sənaye, kənd təsərrüfatı sahələri üzrə olmaqla, ümumilikdə, 12 layihəni əhatə edib. 

Verilən kreditlər yeni sənaye müəssisələrinin yaradılmasında mühüm rol oynayıb, bu ilin 6 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən Babək rayonunda sənaye sahəsinin inkişafının stimullaşdırılması üçün 2 layihənin maliyyələşdirilməsinə 1 milyon 515 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.

Bəhs olunan dövrdə 2-si özəl investisiya, 1-i dövlət maliyyə dəstəyi olmaqla, 3 sənaye sahəsinin yaradılması başa çatdırılıb, yaradılan bu istehsal sahələrində, ümumilikdə, 13 nəfər üçün yeni iş yeri açılıb. 

Sahibkarlığın İnkişafı Fondunun güzəştli krediti hesabına Babək rayonunun Sirab kəndində Babək “Sirab” ASC tərəfindən yeni istehsal xəttinin yaradılması istiqamətində işlər davam etdirilməkdədir.

Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələr digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsini də əhatə edib, Babək rayonu üzrə kənd təsərrüfatı yönümlü 10 layihənin maliyyələşdirilməsinə 155 min manat yönəldilib.

Kənd təsərrüfatında innovativ yenilikləri tətbiq etməklə cari ilin 6 ayı ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 7 heyvandarlıq, 1 istixana  təsərrüfatının yaradılması, 1 süd emalı müəssisəsinin fəaliyyətinin bərpası, 3 heyvandarlıq, 1 arıçılıq, 1 gülçülük istixana təsərrüfatının genişləndirilməsi olmaqla ümumilikdə 14 layihə üzrə işlər başa çatdırılıb. Həmçinin 3 heyvandarlıq, 2 arıçılıq təsərrüfatının, 1 soyuducu anbarın yaradılması, 1 alma sirkəsi istehsalı sahəsinin, 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi olmaqla, ümumilikdə 8 layihə üzrə işlər davam etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: