Sənaye məhəllələrinin yaradılması yeni layihələrə yol açır - VİDEO

A- A A+

Muxtar respublikada ixracyönümlü müəssisələrin yaradılması və ixracın daha da genişləndirilməsi son illərin iqtisadi hədəflərindən biri kimi qarşıya qoyulub. Bu məqsədlə mövcud istehsal sahələrinin genişləndirilməsi və ixracyönümlü istehsal müəssisələrinin yaradılması davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə Şərur Sənaye Məhəlləsinin yaradılması Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının daha da şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində atılmış mühüm addımdır. Bu iri layihə Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədini daşıyır.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: