Altı ayda Azərbaycanda 16,5 milyon ton neft hasil edilib

A- A A+

Energetika Nazirliyinin məlumatına əsasən, 2022-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda 16,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Respublika üzrə neft hasilatının 10,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.

Cari ilin ilk 6 ayında 13,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,6 milyon tona yaxını konsorsiumun, 780 min tonu isə SOCAR-ın payına düşür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: