Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

A- A A+

Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı boru kəmərinin Türkiyə hissəsinin, Ceyhandakı dəniz ixrac terminalının və bütövlüklə BTC ixrac boru kəməri sisteminin tam istismara verilməsindən 16 il ötür. Üç dənizin əfsanəsi hesab edilən BTC üç ölkənin ərazisindən keçərək 1768 kilometr məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir.

Energetika Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən BTC kəmərinin ötürücülük gücü gündəlik 1,2 milyon bareldir. 2006-cı ilin iyulun 13-dən indiyə qədər bu boru kəməri vasitəsilə 463 milyon tondan çox Azərbaycan nefti Xəzərdən Aralıq dənizinə nəql olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: