Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb

A- A A+

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrinə dair məlumat açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi məlumatı təqdim edir:

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinn Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi cari ildə də davam etdirilir. Hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

2022-ci ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

Bərdə-Ağdam avtomobil yolu (44,5 km, 4 hərəkət zolaqlı),

Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (32 km, 2 hərəkət zolaqlı),

Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı),

Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),

Qubadlı-Eyvazlı avtomobil yolu (28,5 km, 2 hərəkət zolaqlı).

2023-cü ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu (81,6 km, 4-6 hərəkət zolaqlı),

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70,4 km, 4 hərəkət zolaqlı),

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39,7 km, 4 hərəkət zolaqlı),

Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (834,1 km, 2 hərəkət zolaqlı),

Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi avtomobil yolu (26,4 km, 2 hərəkət zolaqlı) avtomobil yolu,

Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri.

2024-2025-ci illərdə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123.9 km, 4-6 hərəkət zolaqlı),

Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı),

Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81.6 km, 2-4 hərəkət zolaqlı),

Kəlbəcər-Laçın avtomobil yolu (76,3 km, 2-4 hərəkət zolaqlı).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: