Naxçıvanda ümumi daxili məhsul istehsalı 2,2 faiz artıb

A- A A+

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Sənaye ili” elan edilən 2022-ci ilin ilk yarımilində də davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu, cari ilin yanvar-iyun aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 1 milyard 363 milyon manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən 2,2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2942,8 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57,9 faiz təşkil edib.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin ilk yarımilində sənaye məhsulu 2,1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,4 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, informasiya və rabitə xidmətləri 2,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,5 faiz artıbdır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: