Naxçıvanda ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur

A- A A+

Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirib, dinamik inkişaf qorunub saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 590 milyon 692 min 100 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 2,1 faiz üstələyib.

Sənaye məhsulu istehsalının 94,2 faizi malların, 5,8 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92 faiz təşkil edib.

2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 68 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 58 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilib.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-iyun aylarında 8 milyon 500 min 500 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 10,1 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: