Muxtar respublikada bu ilin 6 ayı ərzində də tikinti-quruculuq işləri geniş vüsət alıb

A- A A+

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. 2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 113 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub. 197 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2022-ci ilin ilk yarımilində 7 kənd mərkəzinin tikintisi, 1 kənd mərkəzinin yenidən qurulması davam etdirilib. Bundan əlavə, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yenidən qurulması başa çatdırılıb. Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir.

Muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 13 traktor və qoşqusu verilib.

Bu ilin ilk yarımilində muxtar respublikada 1 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 3 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması istiqamətində işlər aparılır. “Gənclər Yaşayış Kompleksi”nin tikintisi isə davam etdirilib.

2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 232 min 619 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da bir il öncəki göstəricidən çoxdur.

Sözügedən dövr ərzində Babək rayonunun Sirab kəndində və Uzunoba Su Anbarı yaxınlığında içməli su xətlərinin çəkilişi, Kəngərli rayonunun Qabıllı kəndi ərazisində subartezian quyusunun tikintisi başa çatdırılıb.

Hazırda Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Culfa rayonunun Yaycı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: