Bakı-Həştərxan reysi ilə uçan təyyarə hava şəraitinin əlverişsiz olması səbəbindən geri qayıdıb

A- A A+

“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

"Buta Airways" aviaşirkətinin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Bakı-Həştərxan reysinin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra yola düşəcəklər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: