“Şimal axını” ilə “mavi yanacağın” nəqlinin azaldılması fonunda bu ilin martın 8-dən bəri ilk dəfə Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün 2300 dolları ötüb.
NUHÇIXAN İnformasiya Agentliyi Londonun ICE (“InterContinental Exchange Futures”) birjasının məlumatına istinadla xəbər verir ki, təbii qazın qiymətində ümumi artım 10 faizi keçib.
Avropada ən böyük virtual ticarət platforması olan TTF indeksi üzrə avqust fyuçerslərində 1000 kubmetr təbii qazın qiyməti 2307 dollara yüksəlib.