"Mercedes-Benz" avtomobil konserninin Rusiyadakı nümayəndəliyi ölkədə 38,2 mindən çox avtomobili geri çağırır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qərar əyləclərin vakuum gücləndiricilərinin iş qabiliyyətinin mümkün pozulması ilə əlaqədardır.
Qeyd olunur ki, geri çağırılma 2004-2014-cü illərdə satılmış GL, ML, R-Class tipli avtomobillərə şamil olunur.
Həmin avtomobillərdə qüsurların aradan qaldırılması ilə bağlı işlər ödənişsiz həyata keçiriləcək.