Rusiyanın “Uralskiye avialinii” şirkəti Azərbaycana uçuşları ləğv edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. “Uralskiye avialinii” oktyabrın 29-dək MDB ölkələrinə, o cümlədən Azərbaycan, Qazaxıstan, Özbəkistan və Ermənistana da uçuşları dayandırır.
Aviaşirkət daxili reyslərdəki məhdudiyyətlərin də müddətini uzadıb. Belə ki, oktyabrın 29-dək Rusiyanın cənub regionlarına – Krasnodar, Anapa, Gəlincik, Rostov və Voronejə uçuşlar həyata keçirilməyəcək.