"Google" şirkətinin xidmətlərinin işində qüsurlar yaranıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə populyar internet resurslarında problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, şikayətlərin çoxu ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya və Almaniyada qeydə alınıb.
Bildirilir ki, istifadəçilərin şikayəti əsasən "Google" axtarış sestemi və "Google Maps" xidmətləri ilə bağlıdır.