“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.
AZAL-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.