“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
QSC-nin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təyyarə saat 07:57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.