Sədərəkdə bol kartof yetişdirilib - VİDEO
Kartofçuluq Sədərək rayonunda əkinçiliyin geniş vüsət aldığı sahələrindən biridir. Ötən il rayonun ailə təsərrüfatçıları 118 hektarda məhsul yetişdirib, 1400 ton kartof əldə ediblər. Ailə təsərrüfatçıları bu ilin bol məhsulu üçün də lazımi hazırlıq işləri görüb, mart ayından etibarən sahələrdə kartof əkinlərinə başlayıblar. Münbitləşdirilən torpaqlarda 119 hektarda kartof, 35 hektarda isə soğan əkilib. Vegetasiya becərmələri aqrotexniki qaydalar əsasında həyata keçirildiyindən sahələrdə məhsuldarlıq yüksəkdir. Kartof yığımı texnikaların qüvvəsi ilə həyata keçirilir. Bu da işin sürət və keyfiyyətini artırır.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov