“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Çexiyanın paytaxtı Praqaya və əks istiqamətdə uçuşları oktyabr ayının sonuna qədər davam etdirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Xatırladaq ki, Bakı-Praqa-Bakı aviareysləri həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçirilir.