Şərurda tədarük olunan taxıl dəyirmanlarda emal edilir - FOTOLAR
Şərur rayonunda hər il bol taxıl istehsal olunmaqla yanaşı, taxılın emalı və un istehsalı da diqqət mərkəzində saxlanılır.
Torpaq-iqlim şəraiti taxılçılıq üçün çox əlverişli olan rayonda əkin sahələri ilbəil genişləndirilir, intensiv becərmələr hesabına yüksək məhsuldarlıq əldə edilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonun torpaq mülkiyyətçiləri builki mövsümdə 4038 hektar sahədən taxıl yığıblar. Bunun 3276 hektarını buğda, 762 hektarını isə arpa təşkil edir. Taxıl sahələrindən hər hektardan orta hesabla 40,8 sentner məhsul götürülməklə 16 min 484 ton sarı kəhrəba əldə edilib. Rayonun Aralıq, Düdəngə, Xanlıqlar, Qarxun, Maxta, Dərvişlər və digər kəndlərinin torpaq mülkiyyətçiləri bol taxıl istehsalında fərqləniblər.
Torpaq mülkiyyətçiləri istehsal etdikləri taxılı rayonda fəaliyyət göstərən dəyirmanlara gətirməklə qısa müddətdə emal edə bilirlər.
Dəyirmanlarda müasir aqreqatlar quraşdırılıb. Emal müəssisələrində buğdanın üyüdülməsi, müxtəlif növlərə ayrılması, çörək bişirilməsi ilə yanaşı, həm də heyvandarlıq və quşçuluq üçün yem bazası yaradılır.
Bu dəyirmanların bir çoxunda həm də yerli taxılın unundan dadlı-tamlı çörəklər bişirilir.
Qeyd edək ki, rayonunda növbəti payızlıq taxıl əkinlərinə hazırlıq işləri ilə əlaqədar olaraq sahələrdə bugünədək 1300 hektar sahədə şum qaldırılıb, təkrar əkinlərin keçirilməsinə başlanılıb.
Məhəmməd Fərəcov